Rostovdan Bakıya birbaşa uçuşlara başlanılır


 Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhəri yaxınlığında yerləşən "Platov" hava limanından Bakıya birbaşa uçuşlara başlanılır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Rostovdan Bakı istiqamətində ilk təyyarə iyulun 6-da havaya qalxacaq.

Uçuşlar həftədə bir dəfə – şənbə günləri "Sukhoi Superjet 100" təyyarələri ilə həyata keçiriləcək.

Təyyarə "Platov"dan yerli vaxtla 15:00-da havaya qalxacaq və 18:20-də Bakıya eniş edəcək. Beləliklə, uçuş vaxtı 2 saat sürəcək. Bakıdan Rostova təyyarələr 12:50-də uçacaq və 13:50-də "Platov"da yerə enəcək.

Bir istiqamətdə biletin qiyməti təqribən 190 dollardır.