“Pensiya alan yüz minlərlə vətəndaşımızın təqaüdü artdı”
17:11 02.07.2019
İqtisadiyyat
1396
“Prezident İlham Əliyev son 6 ayda 2 dəfə əmək haqlarını qaldırıb”
Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Partiya funksioneri deyib ki, cənab Prezident İlham Əliyev son 6 ay ərzində milyonlarla insanın rifahına təsir edəcək əmək haqlarının qaldırılması ilə bağlı fəman imzalayıb:
“Ölkəmizdə minimum əmək haqqı artıq 130 manatdan 250 manata qaldırdı. Bu iki dəfə əmək haqlarının qaldırılması deməkdir. Söhbət ən son hədd olan əmək haqlarından gedir. Yüz minlərlə təhsil işçilərinin əmək haqqı 20 faiz qaldırıldı. Başqa kateqoriyadan olan işçilərinin əməkhaqqları 40 faiz artıdı i, o insanlar on minlərlədir. Eyni zamanda hüquq-mühafizə orqanlarının və digər qurumlarda çalışanların maaşları artdı. Pensiya alan yüz minlərlə vətəndaşımızın təqaüdü artdı. Artıq Azərbaycan dövləti sentyabr ayından Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr sırasında ilk üçlükdə olacaq. Birinci yeri tutan Rusiya ilə Azərbaycan arasında cəmi 20 dollar fərq qalacaq. Bu sırada Ermənistan xeyli geridə qalır”.
Ekspertin sözlərinə görə, inkişaf edən Azərbaycan radikal müxalifət qüvvələrini qane etmir:
“Səbəb bəllidir. Onlar hər zaman çalışırlar ki, vətəndaşlırın rifahi yaxşı olmasın, hər zaman narazılıq içində olsunlar. Ona görə də dövlət başçısının apardığı bu cür islahatları gözdən salmağa cəhd edirlər. Bütün imkanları ilə ölkədə sabitliyin pozulmasına çalışırlar. AXCp sədri Əli Kərimli polis məmurunu təxribata çəkməklə məşğul olur və özünün həbs olunmasına zəmin yaradır. Bunu da məqsədli şəkildə edir. Diqqətinizi 2018-ci ilin prezident seçkilərinə yönəltmək istəyirəm. Onun seçki zamanı “Obyektiv” TV-də bir çıxışı var idi. Canlı yayımda çıxış edərək “mən bilsəm ki, həbsim on minlərin, yüz minlərin ayağa qalxmasına səbəb olacaq, kiçik xuliqanlıq edib həbsə girməyə hazıram” deyirdi. Yəni hüquq təhsilli bir adam açıq şəkildə canlı yayımda belə bir fikir işlədir. Ola bilsin, veriliş canlı olduğu üçün, dediyinin fərqinə varmayıb, amma kiçik xuliqanlıq etməyə qadir olduğunu birbaşa deyib. Bu da ölkədə sabitliyi pozmaq cəhdidir. Ə.Kərimlinin məqsədi ölkədə siyasi sabitliyin pozulması və vətəndaş qarşıdurmasının baş verməsidir, ancaq o buna heç vaxt nail ola bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyadan İrana xəbərdarlıq: Uzaq durun...
18:39 23.01.2025
Dünya
“ChatGPT”nin işində problem yarandı
18:31 23.01.2025
Texnologiya
Nasist salamı verdiyi iddia edilən Maska Netanyahudan mesaj
18:27 23.01.2025
Gündəm
Türkiyədə mədəndə partlayış: işçilər dağıntılar altında qalıb
18:17 23.01.2025
Hadisə
Elə etməliyik ki, Putin sülh üçün yalvarsın - Duda
18:11 23.01.2025
Dünya
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərar verib
18:00 23.01.2025
Hadisə
AMB dövlət bankına icrası məcburi göstəriş verdi
17:53 23.01.2025
İqtisadiyyat
Trampın ikinci dönəmi: risk və fürsətlər nədən ibarətdir? -TƏHLİL
17:47 23.01.2025
Dünya
İrəvan bu türk ölkəsi ilə saziş imzaladı
17:34 23.01.2025
Dünya
Miqrantlar potensial təhlükə mənbəyi hesab edilir - RƏY
17:22 23.01.2025
Aktual
Fərqanə Qasımova və digər tanınmışları aldadanlar saxlanıldı
17:05 23.01.2025
Hadisə
Hərbi formanı qanunsuz daşıyanlar cərimələnəcək
16:46 23.01.2025
Hərbi
Hikmət Mirzəyevə yeni müavin təyin olunub
16:40 23.01.2025
Hərbi
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
16:34 23.01.2025
Hadisə