Hazırda ölkədə taxıl biçini sezonudur. Kənd Təsərrüfatı Nazirliyi fermerlərin məhsullarını itkisiz yığmaq üçün öz köməkliyini göstərir. Amma biçinlə bağlı problemlər də var. Məsələn bu günlərdə jurnalist həmkarımız Elşad Paşasoy Feysbuk səhifəsində paylaşım edərək Yardımlı rayonunda taxıl yığımında problemə diqqət çəkib. Bir növ nazirliyə, aidiyyatı qurumlara üzünü tutan jurnalist qeyd edib ki, Muğanda taxıl biçiminə diqqət göstərilir: “Buna görə təşəkkürlər! Amma ucqar rayonlarda yaşayan insanlarımız da zəhmət çəkiblər, əkiblər, qoruyublar. İndi nəyə görə kombayn olmamasının əzabını yaşamalıdırlar? Kəndlilər deyir Allah bol məhsul verdi, amma gözlərimiz yolda qaldı. Hər hektara görə həssas münasibət olmalıdır. Ölkəboyu əkin sahələri biçilib qurtarıbsa, nədən kombaynlar qalan sahələrə yönəldilmir?.. İmkan tapın, gedin, əkinçini dinləyin, arzu-istəyini eşidin, onda taxıl bol da olar, ucuz da. Vətən də basılmaz!”.
Fermerlər biçin üçün kombayn çatışmazlığının göstərildiyini qeyd edirlər. Kənd təssərrüfatı üzrə ekspert Qadir Bayramlı “Şərq”ə deyib ki, bölgələrdə texnika, kombayn problemlərinin aradan qaldırılması, fermerlərin bu kimi problemlərlə qarşılaşmaması üçün hansı addımlar atılmalıdır:
“1990-cı illərlə müqayisədə bu gün ölkədə kənd təsərrüfatı sahəsində inkişaf özünü göstərir. Əvvəlki illərə baxanda problemlər aradan qaldırılıb. Ölkədə kombaynların, teknikanın sayı artıb. Əvvəllər kombayn sayının azlığından biçin zamanı gecikmələr olurdu ki, bu da xeyli məhsulun zay olması ilə nəticələnirdi. Amma “Aqrolizinq”in təsdiqindən sonra xeyli problemlərin aradan qalxdı. Sadəcə bu gün müəyyən bölgələrimizdə kombayn qıtlığı hiss olunur. Xüsusilə dağətəyi bölgələrdə çətinliklər daha çox özünü göstərir. Çünki dağ ətəyi bölgələrdə taxıl daha gec yetişdiyindən, bu regionlarda fermerlər kombayn qıtlığı yaşayırlar. Taxıl biçini zamanı kombayn qıtlığının olmasının bir neçə səbəbi var. Əsas səbəblərdən biri kombayn sayının ümumilikdə az olmasıdır. Digər bir səbəb, kombaynlardan hamı eyni vaxtda istifadə etməyə çalışır. Fermerlər hamısı gecikmədən taxılını biçdirməyə çalışır ki, bu da mövcud qıtlığa şərait yaradır”. Ekspert vurğulayıb ki, ciddi səbəblərdən biri də kombaynların bölgələr üzrə düzgün paylanmamasıdır: “Bu mənim şəxsi fikrimdi. Rayonların bəzilərində kombaynlar biçin mövsümündə boş dayanır, bəzilərində isə çatışmır. Deməli, bu sistemli şəkildə nəzarətə götürülməlidir. Biçindən xeyli müddət əvvəl taxıl sahələri nəzarətə, qeydiyyata götürülməli, bu problemin həlli üçün qrafik hazırlanmalıdır. Vacib məqamlardan biri isə odur ki, iqlim şəraitinə görə paylaşım aparılmalıdır. Fikrimcə, taxılçılıq bölgələri əvvəlcədən qeydiyyata götürülməli, rayonlar üzrə paylaşıma xüsusi mərkəz nəzarət etməlidir. Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə olan idarələrində bu sistemli şəkildə idarə olunmalıdır. Ölkədə olan kombaynlardan düzgün və səmərəli istifadə edilərsə düşünrəm ki, Azərbaycanda taxılın biçilməsi zamanı bu problemlər olmayacaq”.
Bölgələrdə kombayn çatışmazlığı: Fermerlər taxıl itirir
14:42 05.07.2019
İqtisadiyyat
1861

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uzun boylu insanların ömrü daha qısa olur - TƏƏCCÜBLÜ ARAŞDIRMA
03:09 16.03.2025
Sağlamlıq
Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb
02:27 16.03.2025
Gündəm
Təyyarəni enişə məcbur edən sərxoş sərnişini ağır cəza gözləyir
02:08 16.03.2025
Hadisə
Ukrayna yeni raketini sınaqdan keçirdi
01:41 16.03.2025
Hərbi
İranlı general ABŞ-yə xəbərdarlıq edib
01:30 16.03.2025
Gündəm
ABŞ və İngiltərə Yəmənə zərbələr endirdi
01:13 16.03.2025
Dünya
Latakiyada güclü partlayış baş verib, ölənlər var
00:54 16.03.2025
Hadisə
Maşın sürərkən insultun əlamətləri
00:00 16.03.2025
Sağlamlıq
İtaliyada yenidən zəlzələ olub, 100 nəfər təxliyə edilib
23:49 15.03.2025
Hadisə
Tramp Rusiyaya xeyirxahlıq etmək istəmir, hədəfi... - Merkel
23:31 15.03.2025
Siyasət
Leyla Əliyeva uşaqları ziyarət etdi - FOTO
22:46 15.03.2025
Cəmiyyət
Tramp komandasında daha bir türkə yüksək vəzifə verilir
22:34 15.03.2025
Dünya
Beynəlxalq Akademiya Yaqub Mahmudov haqqında kitab nəşr etdirib
22:19 15.03.2025
Təhsil
"Sabah" - "Zirə" oyununda qalib müəyyənləşməyib
22:14 15.03.2025
İdman
Serbiyada aksiyalar genişlənir
22:00 15.03.2025
Dünya
Cənub-şərqdə vəziyyət pisləşir - Voloşin
21:38 15.03.2025
Dünya
Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb
21:25 15.03.2025
Hadisə
Gədəbəy meşəsində yanğın
20:55 15.03.2025
Hadisə
Çində qırıcı qəzaya uğradı - Pilot son anda xilas oldu
20:34 15.03.2025
Hadisə