Fəhlə zirzəmidən 34 ədəd qızıl külçə tapdı, sahibkar yarısını əlindən aldı 


Fransanın qərbində yerləşən Vuzonda 3 fəhlə zirzəmidən 34 ədəd qızıl külçə tapıb, lakin sahibkar onun  yarısını əllərindən alıb.

« Sherg.az» «20minutes.fr»ə istinadən xəbər verir ki, 2015-ci ildə bu 3 fəhlə zirzəmidə çalışarkən qızıl xəzinəsi tapıblar. Onun ümumi dəyəri bir milyon avrodur.

Onlar bellə yeri qazan zaman qarşılarına plastik qutu çıxır. Onun içərisini açıb baxırlar, 10 ədəd  qızıl külçə çıxır, sonra qazdıqca növbəti qutular və külçələr çıxır. 

Bundan xəbər tutan sahibkar onlardan hamısını geri istəyir. Lakin fəhlələr bunu ona vermir  və məsələ məhkəmədə həllini tapır.

Belə ki, Orlean məhkəməsinin qərarına əsasən 1 milyon dəyəri olan külçənin 500 minini sahibkara, yerdə qalanı isə 139 min avro olmaqla 3 fəhlə arasında bölünəcək.