Neft bahalaşdı


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,85 faiz artaraq 1 barelə görə 64,47 dollar təşkil edib.
“ APA -Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,68 faiz artaraq 57,73 dollar təşkil edib.