Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT


Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillər barədə statistik məlumat açıqlanıb.
"Sherg.az" məlumat verir ki, Yasamal Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksi və Sumqayıtda inşa edilən yaşayış binalarında ümumilikdə 6 218 mənzilin satışı planlaşdırılıb ki, ondan bugünədək 574 mənzil satılıb.
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə növbəti satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək.