Azərbaycan əhalisi rublun alışını azaldıb


Azərbaycanda əhali tərəfindən 2019-cu ilin yanvar-may ayları ərzində satılmış nağd Rusiya rublunun həcmi 5 876 554,0  min rubl, alışın həcmi isə 1 356 543,3 rubl təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhali tərəfindən rublun satış həcmi 1,6% artıb, alış həcmi isə 5,8% azalıb.

Beləliklə, yanvar-may aylarının yekunlarına görə, əhali tərəfindən nağd rublun satışı alışın həcmini 4,3 dəfə üstələyib.

Cari ilin əvvəli ilə müqayisədə isə mayda əhali tərəfindən rublun alışı 6,3% azalaraq 298 320,9 min rubl, satışı isə 2% artaraq 1 348 330,4 min rubl təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Rusiya rublunun orta məzənnəsi 0,0256 manat olub.