Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov pensiyaların ildə bir dəfə indeksləşdirilməsinin səbəbini açıqlayıb.
Sherg.az -ın məlumatına görə, V.Ələsgərov deyib ki, istehlak qiymətləri indeksinə uyğun olaraq əmək pensiyalarının ayda bir dəfə indeksləşdirilməsi olarsa, rəqəm bir ay yüksələcək, bir ay enəcək.
Vitse-spikerin sözlərinə görə, bir illik ona görə seçilib ki, orta dəyəri qiymətləndirib, ona uyğun indeksləşdirilmə həyata keçirilir.
Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev əmək pensiyalarının ayda bir dəfə indeksləşdirilməsini təklif edib.