“Tələblərin birində bildirilir ki, ev almaq istəyənlərin aylıq gəliri minimum 800-900 manat olmalıdır. Lakin Azərbaycanda minimum gəliri 800-900 manat olan vətəndaş kasıb təbəqə sayılmır”
Sosial evlərin satışı başa çatıb. Mənzil İnşaatı Dövlət Agentliyinin(MİDA mətbuat xidmətindən bildirilib ki, mənzillərin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. 12.07.2019-cu il tarixində MİDA-nın ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binalarında 10 mənzilin, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi qısa müddətdə başa çatıb. Bu mənzillərdən 43-ü 1 otaqlı, 146-sı 2 otaqlı, 64-ü isə 3 otaqlıdır. “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşların sayı 11518 nəfər, 253 mənzilin seçimində iştirak edənlərin sayı 1906 nəfər olub.
Məsələyə münasibət bildirən iqtisadçı - ekspert Qadir İbrahimli “Sherg.az”a söyləyib ki, satışa çıxarılan evlər sosial mənzillər deyil:
“Bu yaxınlarda sosial evlər deyə satılan mənzillər 950 manata, yəni, bazar qiymətinə satılır. Siravi bir vətandaş gedib, özəl şirkətlərin birindən qeydiyyatsız, az əziyyət çəkməklə 950 manata, hətta daha ucuz qiymətə ev ala bilərlər.
Eyni zamanda satışa çıxarılan sosial evləri almaq istəyənlərə qoyulan tələblər də ürəkaçan deyil. Tələblərin birində bildirilir ki, ev almaq istəyənlərin aylıq gəliri minimum 800-900 manat olmalıdır. Lakin Azərbaycanda minimum gəliri 800-900 manat olan vətəndaş kasıb təbəqə sayılmır. Həmçinin şərtlərdə bildirirlər ki, sosial evləri tam qiymətə alanlara 10 faiz endirim olacaq. Amma sosial evlərin qiyməti 50-60 min manatdır.
Yəni bir şəxsdə 50-60 min manat varsa, o niyə yoxsul sayılsın ki? Qonşu ölkələrin təcrübəsinə baxsaq görərik ki, sosial evlər bələdiyyələrin sərəncamında olur. Həmin evlər satıla və ya özəlləşdirilə bilməz.
Sadəcə, simvolik və çox aşağı qiymətə kasıb ailələrə verilir və müəyyən vaxta qədər həmin ailələr maddi imkanlarını düzəldənə kimi orada yaşayır. Artıq bir ailə yoxsulluqdan çıxdıqda evi tərk edir və digər kasıb ailə gəlib həmin mənzildə yaşayır. Sosial evlər belə olmalıdır və onlar satıla, özəlləşdirilə bilməz. Lakin bizim ölkədə sosial evlərə qoyulan tələblər yoxsul əhali əlçatmazdır”.
Ekspert NARAZIDIR: “Sosial evlərə qoyulan tələblər yoxsullar üçün...”
15:22 16.07.2019
İqtisadiyyat
1057
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hər 6 kişidən biri kənarda əlaqəyə meyillidir - ARAŞDIRMA
23:42 29.01.2025
Maraqlı
Ombudsmandan seçkilərlə bağlı açıqlama
23:27 29.01.2025
Siyasət
Türkiyə üç vətəndaşının öldürülməsi ilə bağlı İsraili qınayıb
23:18 29.01.2025
Region
Suriyada yeni prezident elan edildi
23:09 29.01.2025
Gündəm
Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb
23:07 29.01.2025
Cənubi Qafqaz
HƏMAS: İsrail 110 fələstinli məhbusu azad edəcək
22:54 29.01.2025
Gündəm
Qobustanda kişi tövlədə özünü asdı
22:38 29.01.2025
Hadisə
Bakıya qarın yağmamasının əsl səbəbi bilindi
22:26 29.01.2025
Ekologiya
Azərbaycanda həyat və qeyri-həyat sığortası bazarı böyüyüb
21:55 29.01.2025
İqtisadiyyat
Türkiyədə yaşayış binasında yanğın: ölü və yaralılar var
21:44 29.01.2025
Hadisə
Putinlə Paşinyan arasında sərt telefon danışığı...
21:25 29.01.2025
Siyasət
Zukerberq Trampla qonşu olmaq istəyir
21:16 29.01.2025
Dünya
“DeepSeek” məlumat oğurluğunda ittiham olunur
21:09 29.01.2025
Texnologiya
Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib
20:57 29.01.2025
Gündəm
"Bələdiyyə seçkilərində insanlar fəal iştirak etdi" - MSK rəsmisi
20:48 29.01.2025
Ölkə
Kreml qonşumuzda da "Rus Evi" açır
20:41 29.01.2025
Region
Bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb
20:34 29.01.2025
Gündəm
Suriya lideri bu gün “Zəfər nitqi” ilə çıxış edəcək
20:26 29.01.2025
Siyasət
İsrail yanvarın 30-da azad ediləcək girovların siyahısını alıb
20:19 29.01.2025
Dünya
İsrail BMT agentliyinin fəaliyyətini qadağan edəcək
19:56 29.01.2025
Dünya