Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin ümumi hesabatında bildirilib. Qurumun məlumatlarına görə, bu sahədəki ümumi göstəricinin 1.902,2 mln. manatı heyvandarlıq, 1.773,6 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür. Bu ilin hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 25,6 faiz artıb.
Maraqlıdır, Dövlət Statistika Komitəsi hər hesabat dövründə kənd təsərrüfatı məhsulları ilə bazarda bolluğun yarandığını bildirir. Amma ölkədə kənd təsərrüfatı məhsullarının qiyməti ucuzlaşmaq əvəzinə yüksəlir. Görəsən bu tendensiyaya səbəb nədir? Nə üçün ölkədə kənd təsərrüfatı məhsulları ucuzlaşmır?
Suallarımızı cavablandıran kənd təsərrüfatı üzə ekspert Qadir Bayramlı “Sherg.az”a bildirib ki, bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətinin artmasının bir neçə səbəbi var:
“Hazırda ölkədə kənd təsərrüfatı məhsullarının qiymətinin əsas səbəblərindən biri fermerlərin bazarlara birbaşa girişinin çətin olmasıdır. Rayonlardan gələn fermerlər bazara “vasitəçilər”in köməyi ilə daxil olur.
Fermerlər həmin vasitəçilərə bazara daxil olmaq müqabilində müəyyən vəsait ödəyir. Sonda da həmin vəsait məhsulun qiymətinə təsir göstərir.
Yəni, bu tendensiyadan vasitəçilər xaricində fermerlər və alıcılar əziyyət çəkir. Eyni zamanda paytaxtdakı bazarlarımızın sayə azdır və yer sayları məhduddur. Ona görə də yeni bazarların yaradılması lazımdır.
Həmçinin həmin bazarların yaxınlığında rayonlardan gələn fermerlər üçün ucuz qiymətə qonaqlama yerləri qurulmalıdır. Bütün bu infrastrukturlar qurulsa, rayondan gələn fermerlərin xərcləri az çıxar və məhsulların qiyməti aşağı olar.
Ikinci bir səbəb kimi onu da göstərmək olar ki, bu il iqlimlə əlaqədər olaraq bəzi məhsul növlərimizə ciddi şəkildə ziyan dəyib. Həmin məhsulların miqdarı az olduğuna görə, qiyməti yüksəlib.
Hazırda ölkədə kənd təsərrüfatı məhsullarının qiymətini yüksəldən faktorlar bunlardan ibarətdir”.
"Fermerlər bazara “vasitəçilər”in köməyi ilə daxil olur” – Bahalaşmanın səbəbi
15:15 19.07.2019
İqtisadiyyat
993
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ombudsmandan seçkilərlə bağlı açıqlama
23:27 29.01.2025
Siyasət
Türkiyə üç vətəndaşının öldürülməsi ilə bağlı İsraili qınayıb
23:18 29.01.2025
Region
Suriyada yeni prezident elan edildi
23:09 29.01.2025
Gündəm
Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb
23:07 29.01.2025
Cənubi Qafqaz
HƏMAS: İsrail 110 fələstinli məhbusu azad edəcək
22:54 29.01.2025
Gündəm
Qobustanda kişi tövlədə özünü asdı
22:38 29.01.2025
Hadisə
Bakıya qarın yağmamasının əsl səbəbi bilindi
22:26 29.01.2025
Ekologiya
Azərbaycanda həyat və qeyri-həyat sığortası bazarı böyüyüb
21:55 29.01.2025
İqtisadiyyat
Türkiyədə yaşayış binasında yanğın: ölü və yaralılar var
21:44 29.01.2025
Hadisə
Putinlə Paşinyan arasında sərt telefon danışığı...
21:25 29.01.2025
Siyasət
Zukerberq Trampla qonşu olmaq istəyir
21:16 29.01.2025
Dünya
“DeepSeek” məlumat oğurluğunda ittiham olunur
21:09 29.01.2025
Texnologiya
Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib
20:57 29.01.2025
Gündəm
"Bələdiyyə seçkilərində insanlar fəal iştirak etdi" - MSK rəsmisi
20:48 29.01.2025
Ölkə
Kreml qonşumuzda da "Rus Evi" açır
20:41 29.01.2025
Region
Bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb
20:34 29.01.2025
Gündəm
Suriya lideri bu gün “Zəfər nitqi” ilə çıxış edəcək
20:26 29.01.2025
Siyasət
İsrail yanvarın 30-da azad ediləcək girovların siyahısını alıb
20:19 29.01.2025
Dünya
İsrail BMT agentliyinin fəaliyyətini qadağan edəcək
19:56 29.01.2025
Dünya
Ukrayna ilə Tramp administrasiyası arasında ilk RƏSMİ TƏMAS...
19:34 29.01.2025
Siyasət