Qeyd edilir ki, Sentyabr ayından etibarən 1-7 yaş uşaqlar üçün 80 manat, 8-14 yaş uşaqlar üçün 50 manat, 15-18 yaş uşaqlar üçün 30 manat uşaq pulu veriləcəkdir.

Məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili Araz Əlizadə bildirdi ki, uşaq pulunun tətbiq olunmasına dair müəyyən müzakirələr aparılıb:
“Parlamentin payız sessiyasında uşaq pulu ilə bağlı vəsaitin miqdarını müəyyən edəcəyik”.