Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 50 mənzil verildi - FOTOLENT
16:54 27.07.2019
İqtisadiyyat
538

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış 50 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində mühüm addımlar atılır. Bu kateqoriyalardan olanlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil təqdim edilib, bu il isə azı 800 mənzil verilməsi planlaşdırılıb. Onlardan bu gün təqdim edilən mənzillər də daxil olmaqla artıq 110 mənzil verilib. İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6764 mənzil təqdim edilib.
A.Kərimov müharibə əlillərinin avtomobillə təminatı proqramının da gücləndirildiyini deyib. Bildirib ki, ötən il həmin vətəndaşlara 265 avtomobil verilib, bu il isə 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb ki, onlardan artıq 200-ü təqdim edilib. Beləliklə, indiyədək 6350-dək avtomobil müharibə əlillərinə istifadəsinə verilib.
Nazir müavini diqqətə çatdırıb ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub, onların sırasında şəhid ailələri və müharibə əlilləri də var. Belə ki, həmin vətəndaşlara yönələn təqaüd və müavinətlərin, pensiyaların da əhəmiyyətli dərəcədə artırılması təmin edilib.
İctimai təşkilatların rəhbərləri Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin rifahı naminə görülən işlərin, eyni zamanda onların mənzillə təmin edilmələrinin ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir təzahürü olduğunu qeyd ediblər.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin daim həssas qruplara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğı göstərdiyini məmnunluq hissi ilə vurğulayıblar. Onlar sosial təminatlarının gücləndirilməsi üçün atılan mühüm addımlara, bu gün müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndəsi: "Putinlə 3-4 saat danışdım"
19:56 16.03.2025
Dünya
The Times: Ukrayna üçün 10.000 nəfərlik sülhməramlı qüvvə yaradılır
19:32 16.03.2025
Dünya
Pezeşkian Bakı və İrəvanı təbrik etdi
19:07 16.03.2025
Region
Ərdoğan Trampla danışıb, qlobal məsələlər müzakirə edilib
18:23 16.03.2025
Dünya
Rusiya minlərlə raket atıb, sülh istəyən belə etmir - Zelenski
17:38 16.03.2025
Dünya
Valentina Matviyenko Azərbaycana rəsmi səfərə gəlib
17:19 16.03.2025
Siyasət
Türkiyə Krımın işğalı ilə bağlı açıqlama yaydı
16:44 16.03.2025
Dünya
Yaponiya Çinə görə 100 km mənzilli raketlər yerləşdirir
15:35 16.03.2025
Dünya
Rusiya Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlir
15:14 16.03.2025
Siyasət
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
14:53 16.03.2025
Ekologiya
XİN Şimali Makedoniyaya başsağlığı verib
14:38 16.03.2025
Siyasət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
14:23 16.03.2025
Ekologiya
Makron Avropaya müraciət etdi: ABŞ silahları əvəzinə...
14:07 16.03.2025
Dünya
MN: Mövqelərimiz atəşə tutulub
13:45 16.03.2025
Hərbi
Bakı ilə saziş: Paşinyan Pezeşkiana da məlumat verdi
13:01 16.03.2025
Region
Bakıda “1000000 Zəkanın Şifrəsi” kitabının təqdimatı olub -FOTO
12:39 16.03.2025
Ədəbiyyat
Relsli nəqliyyatın inkişafına investisiyalar artırılacaq -RƏY
12:16 16.03.2025
Ölkə
Si Szinpin Brüsselə getməkdən imtina etdi
11:11 16.03.2025
Dünya
NATO üçün fəlakətli ssenarilər: 5 əsas təhlükə...
10:50 16.03.2025
Dünya
308 cinayət işi, 108 il cəzası var -2 il sonra yaxalanıb
10:31 16.03.2025
Maraqlı
Bakıda sexdə yanğın olub
10:13 16.03.2025
Hadisə