Dünən Prezident İlham Əliyevin başçılığı ilə sosial-iqtisadi sahəni əhatə edən müşavirə keçirilib. Müşavirədə cənab prezident bildirib ki, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb.
Azərbaycan Prezidenti qeyd edib ki, Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır: “Biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir.
O ki qaldı, infrastruktur layihələrinə, əlbəttə, bir çox layihələr icra edilib, o cümlədən sosial infrastrukturla bağlı və bu il də icra ediləcək. Onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya kompleksləri - 3 Olimpiya Kompleksinin açılışı nəzərdə tutulur, biri artıq açılıb. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapır”.
Məsələyə münasibət bildirən , siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov da "Sherg.az"a bildirdi ki, son 6 ay ərzində iqtisadiyyatımız öz inkişafının qoruyub-saxlayır. Həmçinin qarşıya qoyulan məqsədlərin həyata keçməsi istiqmaətində ciddi addımlar atılıb:
“Ümumilikdə, ölkəmizin iqtisadi nəticələri kifayət qədər müsbətdir. Ölkə başçısı müşavirədə bildirdi ki, iqtisadiyyatımızda 2.4 faiz artım olub. Təbii ki, bizim üçün ən mühüm sahə qeyri-neft sektorunun inkişafıdır. Bu sahədə 3.2 faiz artım var. Əlbəttə, ölkəmizdə sənayeləşmə siyasətinə də böyük önəm verilir. Xüsusilə qeyri-neft sənayeninin inkişafı prioritet sahələrdən biridir.
İqtisadiyyatımızın şaxələndirilməsi və ixrac yönümlü iqtisadiyyatın formalaşdırılması əsas hədəflər sırasındadır. Ona görə də kənd təsərrüfatının inkişafına böyük önəm verilir. Məhz bu sahədə son aylarda 13 faizlik artım qeydə alınıb. Xüsusilə bitkiçilik sahəsində 25 faiz artım olub. Ölkəmizdə aparılan iqtisadi islahatlar sayəsində valyuta ehtiyatlarımız kifayət qədər möhkəmlənib və 49 milyard dollar səviyyəsinə gəlib çatıb. Bu, olduqca böyük nəticədir.
Cənab Prezident əsas hədəf kimi əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasını vurğuladı. Bu sahədə müxtəlif islahatlar həyata keçirilir. Həmin islahatlar 4 milyondan artıq insanı əhatə edib. Əmək haqları, pensiyalar, təqaüdlər, müavinətlər artıb. Şübhəsiz ki, bunlar da vətəndaşın məmnunluq səviyyəsini möhkəmlədib”.
Ölkə başçısı qeyd etdi ki, aparılan siyasətə sadiq qalaraq xüsusilə biznes mühitinin yaxşılaşması istiqamətində addımlara imza atacağıq. Ölkəmiz biznes mühitinin yaxşılaşması səviyyəsinə görə, dünya iqtisadi formunun hesabatında yüksək qiymətləndirilir. Bütün bunlar onu göstərir ki, siyasətimiz düşünülümüş və məqsədyünlüdür”.
“Azərbaycanın iqtisadi nəticələri kifayət qədər müsbətdir” - Deputat
16:51 01.08.2019
İqtisadiyyat
489
![](https://sherg.az//storage/posts/August2019/ab815a368cc9d5593b9e0f6bf0bfc0d7.jpg)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-nin Kentukki ştatında fırtınadan ölənlərin sayı 11-ə çatıb
01:24 18.02.2025
Dünya
Zelenskinin Türkiyə səfəri başladı
00:54 18.02.2025
Gündəm
Papa Fransiskin vəziyyəti stabildir, müalicəsi davam edir
00:31 18.02.2025
Dünya
Türkiyə Superliqası: "Qalatasaray" turu itkisiz başa vurub
23:52 17.02.2025
İdman
Uzunömürlülərin içdiyi 3 məşhur içki
23:39 17.02.2025
Sağlamlıq
Mask: "Almaniya yenidən azad edilməlidir”
23:26 17.02.2025
Gündəm
Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb
23:14 17.02.2025
Siyasət
Tayvan ABŞ-dən silah almağı planlaşdırır
23:06 17.02.2025
Dünya
Türkiyədə zəlzələ oldu
22:53 17.02.2025
Hadisə
Almaniya Ukraynanı yeni yardım paketi ilə təmin edib
22:49 17.02.2025
Hərbi
Braziliyalı futbolçu Qabriel Popo oyundan əvvəl dünyasını dəyişib
22:37 17.02.2025
İdman
Kadırovdan müharibə çağırışı - "Danışıqları gözləməməliyik"
22:22 17.02.2025
Gündəm
"Google" Rusiyada cərimələdi
22:08 17.02.2025
Region
Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur
21:44 17.02.2025
Ölkə
Azərbaycan pomidor ixracını artırdı
21:36 17.02.2025
İqtisadiyyat
Premyer Liqa: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşməyib
21:20 17.02.2025
İdman
Bakının mərkəzində 17 milyona malikanə satılır - VİDEO
21:11 17.02.2025
Cəmiyyət
Naftalanda 35 yaşlı qadın dəm qazından boğularaq ölüb
21:04 17.02.2025
Hadisə
İspaniya XİN: Ukraynada sülh görünmür
20:57 17.02.2025
Dünya
Özcan Deniz infarkt keçirib
20:51 17.02.2025
Şou
Kolumbiya generalları "Bayraktar TB3"ə görə Türkiyəyə gəlirlər
20:45 17.02.2025
Hərbi
Biləsuvarda bu silahlar polisə təhvil verildi
20:32 17.02.2025
Hadisə
Rusiya ilə BƏƏ arasında ikiqat vergitutma ləğv edildi
20:26 17.02.2025
Siyasət
Finlandiyada 70 minə yaxın işçi etiraz tətilinə çıxır
20:18 17.02.2025
Dünya