“Sosial sahələrin inkişafı daxili siyasətdə həmişə prioritet olub. Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyevin dövründə qoyulub”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
Parlament üzvü bildirib ki, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən imzaladığı mühüm fərmanla regionların sosial-iqtisadi inkişaf proqramının təməlini qoyub. Deputatın sözlərinə görə, artıq regionlarla bağlı 4-cü proqramın icrasını həyata keçiririk:
“Sosial sahə həmişə iqtisadi inkişafımızın mühüm tərkib hissəsi olub. 2019-cu il isə sosial sahədə Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir dövrün başlangıcıdır. Prezident haqlı olaraq söyləyir ki, 2019-cu il sosial rifah sahəsində Azərbaycanda xüsusi il olacaq.
Təsadüfi deyil ki, ilin 6 ayı ərzində cənab Prezidentin sosial müdafiə ilə bağlı 40-a yaxın fərman və sərəncamı olub. 4 milyon 200 mindən çox insan bu sərəncamlardan yararlanıb. Pensiyalar dəfələrlə artıb. Heç bir ölkədə təqaüdlərin 70 faiz artmasını müşahidə etməmişik.
2 dəfə minimum əmək haqqı artıb ki, buna görə Azərbaycan MDB məkanında ikinci yerdə qərarlaşıb. Orta aylıq pensiyaların alıcılıq qabiliyyətinə görə MDB-də 1-ci yerə çıxmışıq. Digər sosial tədbirlər həyata keçirilib, o cümlədən problemli kreditlər məsələsi həll olunub”.
Deputat vurğulayıb ki, əhalini uzun müddət narahat edən evlərin qeydiyyatı məsələsi də öz həllini tapıb:
“Bütün bunların hamısı dövlət başçısının da qeyd etdiyi kimi davamlı olacaq. Biz yenə də fərman və sərəncamlar gözləyəcəyik.
İnflyasiya minimum həddədir, amma demək olar ki, bütün kateqoriyadan olan vətəndaşlarımızın əmək haqqları artırılıb. Bu, birbaşa sosial rifaha təsir edən amildir. Bununla yanaşı özünəməşğulluq proqramları olduqca geniş vüsət alıb.
Vətəndaşların, xüsusən aztəminatlı insanların, regionlarda yaşayan əhalinin rifahı yüksəlib. Ötən il özünəməşğulluq proqramı 6 min ailəni əhatə edib. Bu il üçün 7 min ailə nəzərdə tutulmuşdu.
Amma Prezidentin tapşırığı ilə bu qərəm 10 minə qaldırıldı. Azərbaycanın müxtəlif regionlarında, müxtəlif sahələrində özünəməşğulluq həyata keçiriləcək. DOST xidməti qısa müddət ərzində böyük effektivliklə işləməyə başlayıb. Artıq məmnunluq indeksi 95 faizdən yuxarıdır”.
M.Quliyevin sözlərinə görə, cənab Prezident həm institusional səviyyədə, həm də birbaşa öz fərman sərəncamları ilə əhalinin sosial rifah halının yüksəlməsinə şərait yaradır:
“Bu məsələlər daim dövlət başçısının diqqətindədir. Eyni zamanda məcburi köçkünlərə, əlillərə, şəhid ailələrinə daim qayğı göstərilir, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ehtiyac olan halda avtomobillərlə təmin olunması, müavinətlərin verilməsi və s. tədbirlər də əhalinin sosial rifahını yüksəldən tədbirlərdir.
Qeyd edək ki, iyulun 31-də Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bildirib ki, sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub. Dövlət başçısı bəyan edib ki, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik: “Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır – minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”.
“İnflyasiya minimum həddədir, maaşlar da artırılıb” - Deputat
18:14 01.08.2019
İqtisadiyyat
560
![](https://sherg.az//storage/posts/August2019/357c44f4376d3770cca9994d468e924b.jpg)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-nin Kentukki ştatında fırtınadan ölənlərin sayı 11-ə çatıb
01:24 18.02.2025
Dünya
Zelenskinin Türkiyə səfəri başladı
00:54 18.02.2025
Gündəm
Papa Fransiskin vəziyyəti stabildir, müalicəsi davam edir
00:31 18.02.2025
Dünya
Türkiyə Superliqası: "Qalatasaray" turu itkisiz başa vurub
23:52 17.02.2025
İdman
Uzunömürlülərin içdiyi 3 məşhur içki
23:39 17.02.2025
Sağlamlıq
Mask: "Almaniya yenidən azad edilməlidir”
23:26 17.02.2025
Gündəm
Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb
23:14 17.02.2025
Siyasət
Tayvan ABŞ-dən silah almağı planlaşdırır
23:06 17.02.2025
Dünya
Türkiyədə zəlzələ oldu
22:53 17.02.2025
Hadisə
Almaniya Ukraynanı yeni yardım paketi ilə təmin edib
22:49 17.02.2025
Hərbi
Braziliyalı futbolçu Qabriel Popo oyundan əvvəl dünyasını dəyişib
22:37 17.02.2025
İdman
Kadırovdan müharibə çağırışı - "Danışıqları gözləməməliyik"
22:22 17.02.2025
Gündəm
"Google" Rusiyada cərimələdi
22:08 17.02.2025
Region
Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur
21:44 17.02.2025
Ölkə
Azərbaycan pomidor ixracını artırdı
21:36 17.02.2025
İqtisadiyyat
Premyer Liqa: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşməyib
21:20 17.02.2025
İdman
Bakının mərkəzində 17 milyona malikanə satılır - VİDEO
21:11 17.02.2025
Cəmiyyət
Naftalanda 35 yaşlı qadın dəm qazından boğularaq ölüb
21:04 17.02.2025
Hadisə
İspaniya XİN: Ukraynada sülh görünmür
20:57 17.02.2025
Dünya
Özcan Deniz infarkt keçirib
20:51 17.02.2025
Şou
Kolumbiya generalları "Bayraktar TB3"ə görə Türkiyəyə gəlirlər
20:45 17.02.2025
Hərbi
Biləsuvarda bu silahlar polisə təhvil verildi
20:32 17.02.2025
Hadisə
Rusiya ilə BƏƏ arasında ikiqat vergitutma ləğv edildi
20:26 17.02.2025
Siyasət
Finlandiyada 70 minə yaxın işçi etiraz tətilinə çıxır
20:18 17.02.2025
Dünya