“Neftin dünya bazar qiyməti son 8 ayda ən aşağı səviyəyə düşüb. Brent markali neftin 1 barelinin qiyməti artıq 59 dollardan ucuz satılır”.
“Sherg.az”ın xəbərinə görə, bu bardə iqtisadçı -ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ötən həftə proqnozlaşdırdığımız kimi, neftin dünya bazar qiymətində azalmaların davam etməsi gözlənilən idi və yeni qiymət düşüşləri də istisna olunmur:
“Belə ki, ABŞ-ın sentyarb ayından etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etmək istəyi ticarət müharibəsinə yeni mərhələyə başlatdı. Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq neftə olan tələbi azaldır. Digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur. Bu baş verəcəyi halda neftin 1 barelinin qiyməti 30 dollaradək azala bilər. Şist neft hasilatında da artımların olduğunu nəzərə alsaq indi qlobal arenda heç nə neft ölkələrinin xeyirinə dəyişmir.
Neftin dünya bazar qiymətində kəskin enişlər olarsa ölkəmizə daxil olan valyutanın həcmi yenidən azaldacaq. Azərbaycan ixracatının 90 faizinin enerji məhsullarının olduğunu nəzərə alsaq “qara qizilin” qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz.
Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olması fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var. Neftin bir barelinin 2019-cu ilin dövlət büdcəsində qiyməti 60 dollar nəzərdə tutulub. Mərkəzi Bank üçün isə 50 dollardan aşağı neft qiyməti “qırmızı zonaya” daxil olmaq anlamına gəlir. Çin valyutası ilə yanaşı Rusiya rublu da mövqeyini qoruyub saxlamaqda çətinlik çəkir. Göründüyü kimi, qlobal və regional valyuta bazarında da volatillik yüksək olaraq qalır.
Bu baxımdan neftin qiymətində azalmalar davam edərsə ölkəmizdə də dollara tələb yüksələcək. Təbii ki, bu halda məzənnənin necə dəyişməsi yenə də Mərkəzi Bankdan asılı olacaq. Amma bütün hallarda neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar”.
“Neftin qiyməti son 8 ayda ən aşağı səviyyəyə düşüb” – Yenə də ucuzlaşa bilər
12:04 07.08.2019
İqtisadiyyat
1059
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvan ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşacaq - ŞƏRH
00:54 27.12.2024
Siyasət
Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?
00:19 27.12.2024
Hərbi
Putin: Avropada qazın qiyməti yenidən artacaq
23:56 26.12.2024
Dünya
Əlcəzair Prezidenti başsağlığı verib
23:49 26.12.2024
Gündəm
Vuçiç və Zelenski arasında telefon danışığı baş tutub
23:48 26.12.2024
Siyasət
Azərbaycanda bu dərman apteklərdən yığışdırıldı
23:42 26.12.2024
Sağlamlıq
Xəzərə güllər buraxdılar - Fotolar
23:30 26.12.2024
Gündəm
Türkiyə Bosfor boğazında tranziti bərpa edib
23:22 26.12.2024
Dünya
Tbilisidə aksiya iştirakçıları magistral yolu bağlayıblar - FOTO
23:07 26.12.2024
Siyasət
Bosniya və Herseqovinanın təhlükəsizlik naziri həbs olunub
22:56 26.12.2024
Dünya
Pezeşkian Rusiyaya səfər edəcək
22:49 26.12.2024
Siyasət
Oğuzda 3 maşın toqquşdu: yaralanan var
22:38 26.12.2024
Hadisə
Valeri Zalujni Azərbaycanın Britaniyadakı səfirliyini ziyarət edib
22:04 26.12.2024
Gündəm
SEPAH nümayəndələri Azərbaycana başsağlığı verdilər
21:57 26.12.2024
Siyasət
AZAL təyyarəsi qəzaya uğradı - İsraildən qərar
21:29 26.12.2024
Dünya
"Çelsi" və "Tottenhem" Premyer Liqada məğlub olub
21:20 26.12.2024
İdman
Qəzada həlak olanların ailələrinə 40 min manat ödəniləcək
20:59 26.12.2024
Gündəm
Pakistanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
20:46 26.12.2024
Gündəm
"ADY Ekspress" yenidən təşkil olundu
20:41 26.12.2024
Cəmiyyət