Gürcüstan TANAP layihəsindən tranzit payı olaraq illik 1,1 milyard kubmetr təbii qaz alacaq



2023-cü ildən etibarən Gürcüstan TANAP layihəsindən tranzit payı olaraq illik 1,1 milyard kubmetr təbii qaz alacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Gürcüstan Türkiyəyə nəql edilən Azərbaycan qazından 5% paya sahibdir və bu, illik 300 milyon kubmetrə bərabərdir. Məlumata görə, hazırda Gürcüstan ərazisindən Türkiyəyə illik 6 milyard kubmetr təbii qaz nəql edilir. TANAP layihəsinin ötürmə gücünün gələcəkdə illik 23 milyard kubmetrə çatdırılmasından sonra Gürcüstanın payı illik 1,1 milyard kubmetrdən çox olacaq.

Qeyd edək ki, ümumi dəyəri 10 milyard ABŞ dolları olan TANAP layihəsinin maksimum ötürmə qabiliyyəti illik 31 milyard kubmetrdir.