İnşası davam etdirilən Bakı beynəlxalq Dəniz Ticarət Limanı, bu ərazidə yaradılan Azad Ticarət Zonası Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi rol oynayacaq.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında deyib.
O bildirib ki, Azad Ticarət Zonası yaxın gələcəkdə beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynayacaq.
Nazir deyib ki, bununla yanaşı, həm də yerli istehsalın təşviqinə, “Made in Azerbaijan” brendinin dünyada tanıdılmasında müstəsna xidmət göstərəcək.
“Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu, 130 milyon insanı əhatə edən bazara xidmət göstərməsi planlaşdırılır”, - deyə M.Cabbarov əlavə edib.