Fransa ABŞ-a qarşı: “Şimal axını 2”yə qarşı tədbirlər...

Fransa ABŞ-ın “Şimal axını 2” layihəsinə qarşı istənilən tədbirinə qarşı çıxır.

Axar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Fransanın Maliyyə və İqtisadiyyat naziri Bruno Lö Mer deyib. O, Fransanın Avropa Birliyinin “Şimal axını 2” layihəsinə münasibətdə hüquqi tətbiqinin müdafiəsini davam etdirdiyini bildirib:

“Paris prinsipial olaraq istənilən eksterritorial tədbirlərə qarşı çıxır. Bu, təkcə “Şimal axını 2” layihəsiylə bağlı məsələ deyil. Fransa bununla bağlı ABŞ rəhbərliyini də xəbərdar edib”.