Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.
Trend-in məlumatına görə, Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tədbirlərini davam etdirir.
Belə ki, 2019-cu il dekabr ayının 1-nə olan məlumata görə 340 yaşayış binası üzrə 22 094 mənzil, noyabr ayında isə 80 yaşayış binası üzrə 4990 mənzil təbii qazla təmin olunub.