“Enerji layihələri Bakını dünyada söz sahibinə çevirəcək” - AÇIQLAMA

Fuad Heydər:“TANAP-dan sonra TAP-ın qısa zamanda tamamilə başa çatması Azərbaycan iqtisadiyyatını gücləndirəcək”



“TANAP və TAP layihəsi Azərbaycanın xarici ölkələrlə, o cümlədən Avropa dövlətləri ilə hərtərəfli münasibətlərini daha da inkişaf etdirəcək”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Fuad Heydər deyib. 
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün əhəmiyyətindən danışan politoloq bildirib ki, enerji layihələrinin reallaşması Azərbaycanın regional mövqeyini gücləndirməklə yanaşı, rəsmi Bakını dünyada söz sahibinə çevirəcək: 




“Bu cür meqalayihələr boru xətlərinin keçdiyi tranzit ölkələrlə bərabər Azərbaycan iqtisadiyyatının inkişafına da mühüm töhfələr verəcək. TANAP-dan sonra TAP-ın qısa zamanda tamamilə başa çatması Azərbaycan iqtisadiyyatını gücləndirəcək. Layihələrin reallaşması eyni zamanda Azərbaycanı ticarətin başlıca mərkəzinə çevirəcək və biznes sahələrinin inkişafına təkan verəcək. Həmçinin, Azərbaycana səfər edən turistlərin sayında da kifayət qədər olacaq. Yəni Cənub Qaz Dəhlizi hər anlamda Azərbaycan üçün faydalıdır”.