Prezidentin uğurlu daxili və xarici siyasəti, hərtəfəli islahatları öz məntiqi nəticəsini verir

Azərbaycan BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşıb.

Hesabata əsasən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Ölkəmizdə həyata keçirilən sosial siyasət nümunəvi xarkter daşıyır. 

Ölkəmizin “Davamlı inkişaf hesabatı”na görə regional lider olmasını yüksək dəyərləndirdiyini deyən millət vəkili Kamran Bayramov “Sherg.az”a açıqlamasında bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar iqtisadi inkişafın Azərbaycan modelinin əsasını qoyub:

“Bu da ölkənin iqtisadi inkişafına və əhalinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Cənab Prezidentin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində də ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artıb və artmaqda davam edir”.

Milət vəkili qeyd edib ki, Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, eyni zamanda hərtəfəli islahatlar öz məntiqi nəticəsini verir:

“Ölkəmizdən fərqli olaraq qonşu dövlətlər hesabatda daha geridə qərarlaşıb. Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxstan 65-ci, Ermənistan isə 75-ci pillədə yer alıb”.

Parlament üzvü bildirib  ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi cənab Prezidentin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür:

“Ümumiyyətlə, ölkəmizdə aparılan sistemli islahatlar hər zaman ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Məsələn, Dünya Bankının “Doing Biznes” reytinqində Azərbaycan hər il mövqelərində irəliləyir. 2020-ci il üzrə həmin hesabatda Azərbaycan islahatlarını inkişaf etdirən 20 ölkə sırasında yer alır. Bu, da dünya  bankının ölkəmizə verdiyi yüksək qiymətdir”.