Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” şüarı özünü hər iki ölkənni enerji sahəsinə qoyulan sərmayələrdə də göstərir.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki ölkə arasında enerji sahəsində yeni danışıqlar davam edir. Qardaş ölkə mediasında yayımlanan məlumatda bildirilir ki, Azərbaycan özünün təbii qaza olan təminatını ödəmək məqsədilə təbii qaz mərkəzi qurmaq üçün Türkiyənin bir çox enerji şirkətləri ilə görüşlərə başlayıb.
Şirkətlərin bu məsələ ilə bağlı Azərbaycana gedərək, yerində görüşlər həyata keçirdiyi, proqramlar irəli sürdüyü və danışıqlar apardığı bildirilir. Sərmayənin 1 milyard dollar olacağı qeyd edilir.