“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirləri, dünya bazarında neft qiymətlərinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında sədr Sahibə Qafarova deyib.
O bildirib ki, bununla əlaqədar Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı tapşırıq verib.
“Bununla əlaqədar layihələr Milli Məclisə daxil olub”, - Milli Məclisin sədri vurğulayıb.