Koronavirus epidemiyası səbəbiylə maliyyə böhranının təsirini azaltmağı hədəfləyən “Qalatasaray” klubu rəhbərliyinin qəbul etdiyi radikal qərarlardan biri, gələn mövsüm futbol komandasında maaş məhdudiyyətini 1,5 milyon avroya endirmək idi.
Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim də maaşını azaltdı.
Məlumata görə, Fatih Terim 3 milyon avro maaşını azaldacaq və yeni mövsümdə 2 milyon avroya xidmət edəcək.