2020-ci ilin sonuna Fransada yoxsullaşan vətəndaşların sayı 1 milyona çatacaq."Sherg.az" "Le figaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu məlumat verib. Xəbərdə deyilir ki, yoxsullaşan kateqoriyaya tələbələr, müvəqqəti işçilər, işsizlər, sahibkarlar və sənətkarlar daxildir. Məlumata görə, pandemiya Fransada onsuz da yoxsulluğun aşağı həddində yaşayan 9,3 milyon insana əlavə olaraq ayda 1063 avro səviyyəsində ziyan vurub. Bu ilin sonuna qədər 800 min insanın işini itirəcəyi bildirilir. Fransa bankları isə ölkədə işsizliyin 10 faizdən çox artacağını, 2021-ci ilin birinci yarım illiyində isə işsizliyin 11 faizə yüksələcəyini proqnozlaşdırır. Ümumiyyətlə, Fransada iqtisadi göstəricilər qırmızı xətti göstərir.
Tərcümə etdi: Ayyət Əhməd