Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda rubl dollar qarşısında dəyər itirməyə davam edir. Mütəxəssilər hesab edir ki, müharibə Rusiyanı iqtisadi cəhətdən tədricən dünya sistemindən qoparacaq. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov bildirib ki, Azərbaycanda da rublun alınıb satılmasında müəyyən məhdudiyyətlər və ya limitlər tətbiq oluna bilər.
Nəticədə rubl artıq son enişlərdən sonra məzənnəsi və müharibə davam etdikcə rublun kursu necə dəyişəcəyi ilə bağlı proqnozlar nikbin deyil. Bu kontektsdən kommersiya banklarının ehtiyatlı olması və rubl ilə əməliyyatları məhdudlaşdırması iqtisadi baxımdan anlaşılandır.
Görəsən, bundan sonra rublu nə gözləyir?
"Sherg.az"ın sualını cavablandıran bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, rubl əvvəlki məzənnəsinə dönməyəcək:
"Rus rublunun məzənnəsinin düşəcəyini proqnozlaşdırmaq olar. Rəsmi Moskva müharibəni davam etdirsə, daha da sərtləşdirsə, onlara qarşı sərt sanksiyalar tətbiq ediləcək. Rubl öz mövqeyini itirə bilər. Rusiya sülhlə qayıtsa, sanksiyalar yumşaldılsa, güman edirəm , indiki kimi ucuz olmayacaq".