Son günlər siyasi fonda baş verən gərginlik Rusiyanın dünya iqtisadiyyatından təcrid edilməsi ilə nəticələnir. Qərb ölkələrinin sanksiyalarına görə Rusiya rublu ciddi şəkildə dəyər itirib. Ekspertlər hesab edir ki, Ukraynadakı hadisələri göstərirlər, xarici əlaqələrin pisləşməsi, Amerika dəhlizlərindəki pessimizm və Çin iqtisadiyyatına görə narahatlıq Rusiyanın fond bazarına öz təsirini göstərir. “Standard & Poor's” reytinq agentliyinin iddiasına əsasən Rusiya xarici borcunu faktiki şəkildə ödəyə bilmir və istiqraz sahiblərinə dollar ödənişi əvəzinə rubl ödənişləri təklif irəli sürüb.
Rusiya istiqraz sahiblərinə ödənişləri dollarla deyil, rublla təklif etdiyi üçün bu, “seçilmiş defolt” kimi qiymətləndirilib.
Rusiyanın “Rusiya Dəmir Yolları” şirkəti avrobondların bir buraxılışı üzrə defolt edib. Söhbət 14 mart ödəmə tarixi ilə İsveçrə frankında olan avrobondlardan gedir.
“Rusiya Dəmir Yolları” ödənişi həyata keçirməyə çalışsa da, özünə qarşı tətbiq edilən sanksiyalara görə bunu edə bilməyib.
Qeyd edilib ki, yaxın zamanda Rusiyanın öhdəliklərini yerinə yetirə bilməyəcəyindən Federasiyanın “defolt” elan edəcəyi gözlənilir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı - ekspert Natiq Cəfərlinin sözlərinə görə, Rusiya rəsmi formada “defolt” elan olunmayıb:
" Müxtəlif şayiələr, fikirlər gəzir, lakin bu “defolt” deyil. Əslində “defolt” texniki anlayışdır. Real və texniki defolt var. Texniki “defolt” ola bilər. Ödənişi etmək istəyir, amma götürmürlər, sanksiyaya görə valyuta köçürə bilmir.
Real “defolt” isə daxil borcları qaytarmağı bacarmamaqdır.
Dövlət rus vətəndaşlarından borc kağızlarını alır, onların faizlərini qaytara bilməyəcəyi təqdirdə real defolt adlandırmaq mümkündür".