Deputat da dərman bazarından “dad edir”!- “Qiymət çox, keyfiyyət yox” – Narazılıq artır!


Natiq Cəfərli:“Hökümət bazar iqtisadiyyatının genişlənməsinə və xarici dərman şirkətlərinin ölkəyə girişinə şərait yaratmalıdır”

Millət vəkili Rüfət Quliyev Milli Məclisin siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycanın dərman bazarındakı özbaşınalıqlardan danışıb. Parlamentari qeyd edib ki, ölkədə dərmanların qiyməti süni formada qaldırılır: “Respublikaya dərman gətirənlər bir qramlıq dərmanları yavaş-yavaş sıradan çıxarırlar. Bundan sonra ölkəyə eyni qiymətə həmin dərmanın 0,5 qramlığı gətirilir. Onu istifadə edən xəstə məcbur olur ki, həmin qiymətə o dərmandan ikisini alsın”.

Bəs bu qiymət artımının arxasında nə dayanır? Niyə insanlara şəfa gətirəcək dərmanlar onların dərdinə çevrilir?

Suallarımızı cavablanran iqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, qiymət artımına Tarif Şurası və dövlət tərəfindən qiymət tənzimlənməsi cəhdinin uğursuzluğu səbəb olur:

“Hökümət bazar iqtisadiyyatının genişlənməsinə və xarici dərman şirkətlərinin ölkəyə girişinə şərait yaratmalıdır. Ölkədə dərman istehsalı sıfır səviyyəsindədir.Qiymətlər yalnız molekullar və həcmə görə tənzimlənir. 

Dünyada gedən qiymət artımı da nəzərə alınaraq iş adamları  məcbur qalırlar ki, ucuz və həcmcə kiçik dərmanları gətirsinlər. Beləliklə də, əhali arasında narazılıqlar artır. Bunun  çıxış yolu ölkənin dərman bazarının liberallaşdırılmasından keçir. 

Azərbaycan höküməti məsələlərə yenidən baxmalı və rəqabəti genişləndirməlidir”.