20 faiz bahalaşma: Ət məhsulları ilə bağlı ciddi problemlərimiz olacaq
Yusif Nəzərli
10:12 29.10.2023
İqtisadiyyat
680
“Çıxış yolu var, dövlət heyvandarlıqla məşğul olan fermerlərə dəstək verməlidir”
Ətin qiyməti ilə bağlı müxtəlif xəbərlər dolaşır. Gah xəbər gəlir ki, ət ucuzlaşıb, gah da bahalaşdığı deyilir. Və bunu əsasən yemin qiyməti ilə əlaqələndirirlər. Yem bahalaşdıqca ətin qiymətinin də qalxdığı iddia olunur. Əslində isə regionlara görə vəziyyət fərqlidir. Birində ucuz olan yem, digərində baha, birində hava olan ət, digərində ucuzdur. Xəzər TV sözügedən məsələlərin fonunda qiymətlərin qalxıb-qalxmayacağını öyrənmək üçün həm bölgələrdə, həm də paytaxtdakı vəziyyəti araşdırıb. Məlum olub ki, məsələn, Tovuzda yem heç də bahalaşmayıb, əksinə, ucuzlaşıb. Rayondakı qəssab dükanlarında isə yemlərin baha olduğu və bunun qiymətlərə də təsir etdiyi deyilib. Otun qiymətinə gəlincə isə hazırda Tovuzda yonca bağlaması 6-7 manat arasında dəyişir. Adi ot bağlaması isə 3-5 manatdır. Satıcılar deyiblər ki, qış ayları sərt keçərsə, bağlamaların bahalaşacağı gözlənilir. Bu da ətlik heyvanların qiymətinə təsir edəcək. Bərdədə isə ətin ucuzlaşdığını, otun bahalaşdığını deyiblər. Ötən ay 5 manata satılan ot bağlaması indi 6-7 manatdır. Paytaxtda gəldikcə isə, burada ətin qiyməti bölgələrdən çox az fərqlənir. Satıcılar bildirib ki, əvvəlki illərlə müqayisədə indi alıcılıq da zəifdir. Mütəxəssislərdən bəziləri hesab edir ki, qabaqlayıcı tədbirlər görülməzsə, yaxın müddət ərzində ət ən azı 20 faiz bahalaşa bilər.
İqtisadçı Pərviz Heydərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ət istehsalı və tədarükü sahəsində yaxın perspektivdə ölkəni ciddi problemlər gözləyir:
- Ətin hər hansı bir yerdə ucuzlaşması müvəqqəti xarakter daşıyır. Bu sahədə vəziyyət qənaətbəxş deyil. Ət və ət məhsullarının istehsalı və tədarükü əvvəlki illərə nisbətən xeyli aşağı düşüb. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Səbəblər arasında örüş yerlərinin azalmasını, yemin bahalaşmasını, ümumi inflyasiya, bahalaşma tendensiyasını göstərə bilərik.
İqtisadçı bizi gözləyən problemdən çıxış yolunun dövlətin heyvandarlıqla məşğul olan fermerlərə dəstək verməsində görür:
- Heyvandarlığın artımı üçün qapalı heyvandarlığın inkişaf etdirilməsi fikri tez-tez səslənir. Qapalı heyvandarlıq təcrübəsi, bəli, bir çox ölkələrdə var. Bizim ölkədə də var. Bir sıra regionlarda bununla məşğul olurlar. Lakin məsələ qapalı heyvandarlığın böyük vəsait tələb etməsindədir. Qapalı heyvandarlıq nədir; bir şəxs iribaş heyvan alır, onu tövləyə bağlayır, yemini, suyunu hər gün – səhər, axşam heyvanın qarşısına qoyur, o heyvan örüşə, naxıra getmir. Daim tövlədə qalır, orda yeyir-içir, böyüyür, kökəlir. Buna kökəltmə də deyirlər, “bordağ” da. Bordağa bağlanan heyvanın əti çox olur. Yağlı olur, amma vitaminli olmur. Çünki heyvan çölə çıxmayıb, təbii otlarla qidalanmayıb, gəzə-gəzə istədiyi, ehtiyacı olan otdan, çiçəkdən yeməyib. Məsələn, “şved” inəkləri var. Ətlik və südlük heyvanlardır. Onlar yalnız qapalı saxlanılır. Bu heyvanlar örüş üçün deyil, örüşdə davrana bilmirlər. Onlar qapalı şəraitdə - fermada saxlanılır. Təbii şəraitdə yetişdirilən inək 1 bardaq süd verəndə, “şved” inəyi bir vedrə süd verir. Əti də çox olur. Amma bu südün də yağlılığı çoxdur, vitamin baxımından isə kasaddır. Hər fermer, kəndli də bordağa heyvan bağlamaq imkanına sahib deyil. Otun bağlaması, 1 pres ot 6-7 manatdır. Bir pres otu bordağdakı heyvanın qarşısına qoyanda bir neçə dəqiqəyə yeyib qurtarır. Adi kəndli, fermer ona yem çatdıra bilməz. Bu xərclər nəzərə alınaraq iri dövlət tərəfindən iri müəssisələr yaradılmalıdır və ət istehsalı, tədarükü səviyyəsi artırılmalıdır. Bu işlər görülməsə biz qarşıdakı illərdə ət məsələsində ciddi problemlə qarşılaşacağıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət