2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2,3% azalaraq 29 milyard 642 milyon manat təşkil edib.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 10 ayında büdcənin xərcləri isə 12,2% artaraq 29 milyard 155,2 milyon manata yüksəlib.
Nəticədə büdcə profisiti 486,8 milyon manata bərabər olub.
Qeyd edək ki, 10 aylıq göstərici üzrə büdcədə 217,8 milyon manat kəsir yaranmışdı.