2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 47 mlrd 325.67 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 3,8% azdır.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Son bir ildə ölkə üzrə ixrac 13,3% azalaraq 31 mlrd. 512.99 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 22,7% artaraq 15 mlrd. 812.68 milyon ABŞ dollarına yüksəlib.
Xarici ticarət dövriyyəsinə 15 mlrd. 700.31 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 33,3% az olub.
Statistik məlumatları “Sherg.az”a dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, rəqəmlərdən də göründüyü kimi Azərbaycanda dəyər baxımından ixracat azalıb:
“Bunun da əsas səbəbi neftin qiymətinin ucuzlaşması və hasilatın azalmasıdır. Eyni zamanda ölkədə istehlak artıb. Doğrudur, hazırda makroiqtisadi baxımından xarici ticarət dövriyyəsində saldonun müsbət olması pozitiv haldır. Lakin idxaldan aslılığın artması, yerli istehsalın olmaması bir sıra problemlər yaradır. Bu yekunda idxal infilyasiyası yəni qiymətlərin artmasın ilə nəticələnir. İstənilən halda bu göstəricələr Azərbaycanın neftdən aslılığının davam etdiyini deməyə əsas verir. Neft hasilatı düşən zaman ixracatın həcmi dəyər ifadəsində düşür və idxaldan aslılıq getdikcə artır”.