Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini endirib.
"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5%-dən 8.00%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,5%-dən 9.0%-ə endirilib.