Mərkəzi Bankın valyuta ehtiyatları 20.3% artaraq 10.8 mlrd. ABŞ dollarını keçib.
"APA-Economics" xəbər verir ki, bu barədə AMB-nin pul siyasəti bağlı qərarında bildirilib. Bu il dekabr ayının 1-nə Mərkəzi Bankın valyuta ehtiyatları 10,6 mlrd. dollar təşkil edib.
AMB bu artımı Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə tamamlanması ilə əsaslandırır. Belə ki, təkcə ilin ilk 9 ayında tədiyə balansında 6.7 mlrd. dollar profisit yaranıb.