Son bir ildə maliyyə xidmətlərində yenilənmiş hüquqi çərçivə ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçidi sürətləndirib.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, bunu rəqəmsal bankçılıq üzrə əməliyyatların həcmində də görmək mümkündür.
“Cari ilin birinci rübündə internet bankçılıq əməliyyatlarının həcmi 18% artaraq 59 milyardı ötüb. Mobil bankçılıq əməliyyatların həcmi iki dəfə artaraq 15 milyard manat təşkil edib. İlk rübdə cari hesablar üzrə aparılan müştəri köçürmələrinin say üzrə 93%-i, həcm üzrə isə 75%-i elektron bankçılıq vasitəsilə aparılıb” - Rəşad Orucov əlavə edib.