Bu ilin yanvar-aprel aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 144,4 mln. kVt·st elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 7,6 dəfə çoxdur.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, dörd ay ərzində ölkədə külək elektrik stansiyalarında 21 mln. kVt·st elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2%-ə yaxın azalma deməkdir.
Məlumata görə, hesabat dövründə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 90,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxdur.