2024-cü ilin yanvar - may aylarında banklar tərəfindən 519.7 mln. manat xalis mənfəət, 732.6 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, cari ilin 5 ayında banklar tərəfindən ümumilikdə 107.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib.