Türkiyədə Azərbaycan adından istifadə: milyonlar talanır - Foto
08:27 13.09.2024
Gündəm
323
Türkiyədə qondarma “Göyçə Zəngəzur Universiteti” adlı “təhsil ocağı” yaradılaraq, insanlara diplomlar satılır.
"Sherg.az" xəbər verir ki, bu barədə türkiyəli jurnalist Həsən Barının araşdırma yazısında bildirilib.
Qeyd edilib ki, bu “universitet”ə qəbul 80 min lirəyə (təxminən 4 min manat) aparılır:
“Bu olmayan universitetə “erkən qəbulda endirim” deyə reklam xəbəri telefonuma Türkiyə xaricindən gəldi. Bu, insanları ələ salmaqdır”.
O, guya təhsil alanlara verilən sertifikatın bir nümunəsini də paylaşıb. Sertifikatda Azərbaycan bayrağı fonunda “Göyçə Zəngəzur Universiteti” loqosundan istifadə edilib.
Jurnalist bu dələduzluqla Mehmet Əli Arslan adında Türkiyə vətəndaşının məşğul olduğunu deyib:
“İnternetdə “Göyçe Zengezur Üniversitesi” yazın və baxın: demə, uluslararası sayğınlığı varmış, 12 türk dövlətində tanınırmış. Pulla internet səhifəsi açaraq, universitet haqda anlayışı olmayanları aldatmaq və pul qazanmaqdır bu. “Türk dövləti” deyərkən ilk ağlınıza Azərbaycan gəlirmi? Bir ay öncə Azərbaycandan (Təhsil Nazirliyindən – red.) qeydiyyatdan keçməsini təsdiqləyən sənədi göndərmələri üçün müraciət etdim. Göndərmədilər, çünki saxta sənədi dəlil olaraq istifadə edəcəyimi təxmin edirdilər. Azərbaycanda belə bir “universitet” qeydə alınmayıb. Azərbaycanın adından istifadə edərək, milləti aldadıb, mənfəət əldə edən Mehmet Əli Arslanı bu ölkədə (Azərbaycanda – red.) yaxşı tanıyırlar.
Mehmet Əli Arslan Azərbaycan MİT-i (DTX nəzərdə tutulur – red.) tərəfindən ötən il göz altına alınmışdı, ona xəbərdarlıq edilmişdi ki, Azərbaycanın adından sui-istifadə etməsin. Hətta rəsmi öhdəlik üçün sənədə imza da atdırılıb. Azərbaycanda bu adda nə universitet var, nə də hər hansı təmsilçiliyi. Varsa, göstərsinlər”.
H.Barının sözlərinə görə, “universitet”in qeydiyyatı kimi əvvəlcə Azərbaycanda bir villanın ünvanı göstərilib, daha sonra isə Şotlandiyada başqa ünvana dəyişdirilib:
“Rektor olaraq Əli Bilginin adı keçir. Əli Bilginin “belə bir universitetlə heç bir bağlılığım yoxdur” deyə Vatsap yazışmasının skrini məndədir. Əli Bilgindən sonra rektor tapmayıblar. Universitet “var”, amma rektoru yoxdur; fakültə “var”, amma dekanı yoxdur.
Universitetin rektoru olaraq göstərdikləri professor Əli Bilgin belə yaşlı halına baxmayaraq, “Bu universitet mənim adımdan saxtakarlıq edir, adımı məndən iznsiz istifadə edir” ittihamı ilə prokurorluğa müraciət edib.
Universitet 2023-cü ildə qurulub, ancaq universitetin emblemində İSO 45001 2018; İSO 9001 2015 yazılıb. Demək, universitet qurulmazdan 5 və ya 9 il öncə bu standartlara çatıb (İnanmayan saytına baxsın)”.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Mehmet Əli Arslanın avtobioqrafiyasında “BATI AZERBAYCAN YURDA DÖNÜŞ BİRLİĞİ TÜRKİYE TEMSİLCİSİ”, eyni zamanda, “Göyçə Zəngəzur Türk Cümhuriyyəti Uluslararası İlişkilər və Türk Dövlətləri ilişkilərdən sorumlu Cümhurbaşkanı yardımcısı və xarici işlər naziri vəzifəsini” daşıdığı haqda məlumat da var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol