
İdxala qadağa: Quş əti bahalaşacaq?
10:42 04.11.2024
İqtisadiyyat
724
Fransa, Lixtenşteyn, İtaliya, Rumıniya və Avstriyanın bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransanın Yeni Akvitanya regionunda, Lixtenşteynin Şan, Mauren, Balçers şəhərlərində blutanq, Avstriyanın Aşağı Avstriya ştatında, İtaliyanın Friuli-Venesiya-Culiya regionunda, Rumıniyanın Tulçа kantonunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Ölkə ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Yeni Akvitanya regionunda və Şan, Mauren, Balçers şəhərlərində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Aşağı Avstriya ştatında, Friuli-Venesiya-Culiya regionunda və Tulçа kantonunda xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bəs, bu amillər ölkədə quş ətinin qiymətinə necə təsir edəcək?
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a açıqlamasında söyləyib ki, istənilən halda idxala tətbiq edilən məhdudiyyətlər daxili bazarda qiymətlərə öz təsirini göstərir:

"Lakin qeyd edilən ölkələrdə quş qripinin aşkar edilməsi və oradan Azərbaycana quş ətinin idxalı ilə bağlı qadağalar daxili bazarda qiymətlərin bahalaşmasına səbəb olmayacaq. Azərbaycanda hər il 130 min tona yaxın quş əti istehlak edilir. Bunun 50 min tona yaxını daxili istehsal hesabına ödənilir. Yerdə qalan 40 min tonu xarici ölkələrdən idxal olunur. Quş əti idxal olunan ölkələrin siyahısında birinci yerdə Brazilya dayanır. Daha sonra Rusiya, Türkiyə və Ukrayna əsas yer tutur. Adıçəkilən ölkələrdən isə Azərbaycana quş əti idxalın 4-5 faizini təşkil edir. Həmin göstəricinin içərisində Belçika və İtaliya daha mühüm yer tutur. Lakin bu da böyük göstərici deyil. Bir sözlə, həmin ölkələrdən idxala qoyulan qadağa quş əti qiymətlərinin bahalaşmasına səbəb olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya