Güzəştli kreditlərin həcmi artdı

Sahibkaralara verilən güzəştli kreditlərin həcmi illik müqayisədə artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondunun məlumatda qeyd olunub.

Bildirilir ki, bu ilin yanvar-noyabr aylarında sahibkarlara 211,7 milyon manat güzəştli kredit ayrılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 % artım deməkdir.

Ümumilikdə 5 144 layihənin maliyyələşdirilməsi üçün güzəştli kredit ayrılıb.

Qeyd edək ki, sahibkarlar güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi 20 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı aiddir.