Gözlərin hansı xəstəliklərin "aynası" olduğu açıqlandı
Yusif Nəzərli
04:31 31.12.2024
Sağlamlıq
404
Alimlər tibbi diaqnostika sahəsində inqilabi kəşf ediblər. Məlum olub ki, optometriya (gözlərin oftalmoloji müayinəsi) bir çox ciddi xəstəlikləri ilk simptomlar meydana çıxmazdan xeyli əvvəl aşkar etməyə imkan verir.
Sherg.azoxu.az-a istinadla bildirir ki, Kanadanın Monreal Universitetinin alimlərinin bununla bağlı araşdırmaları "The Conversation" elmi jurnalında dərc olunub.
Bildirilir ki, gözlərin müayinəsi ilə müəyyən olunan xəstəliklərdən biri diabetdir.
"Bu xəstəlik gözün arxa hissəsində optometriya vasitəsilə aşkar edilə bilən xarakterik dəyişikliklərə səbəb olur. Diabetin erkən diaqnozu müalicənin gecikməsi zamanı yarana biləcək korluq riskini əhəmiyyətli dərəcədə azaldır", - deyə alimlər bildiriblər.
Alimlərin sözlərinə görə, gözlər həmçinin invaziv metodlar olmadan qan damarlarını müşahidə etmək mümkün olan orqanizmin yeganə hissəsidir.
"Bu, qan təzyiqini və hipertoniya, ateroskleroz və xolesterol çöküntüləri kimi əlaqəli xəstəlikləri nəzarətdə saxlamağa imkan verir", - deyə mütəxəssislər vurğulayıblar.
Elm adamları qeyd ediblər ki, optometriya həmçinin ağciyər və qaraciyərə metastaz verə bilən şəbəkə qişanın onkoloji zədələnməsi - retinoblastomanın əlamətlərini vaxtında aşkar etməyə imkan verir.
Alimlər hətta sadə görmə sahəsinin ölçülməsinin bəzən xəstələrin ya bilmədiyi, ya da o qədər zərərsiz hesab etdiyi üçün bildirmədiyi anomaliyaları göstərdiyini deyiblər.
"Bu görmə sahəsi anomaliyalarının çoxu hipofiz adenoması kimi beyin şişləri ilə əlaqəlidir. Qeyri-adi reaksiyaların digər mümkün səbəbi nevroloji pozğunluqlardır".
Alimlər vurğulayırlar ki, gözlər təkcə insanın ruhunun güzgüsü deyil, həm də onun sağlamlığına açılan pəncərədir. Müntəzəm oftalmoloji müayinələr təhlükəli xəstəlikləri erkən mərhələlərdə aşkar etməyə və vaxtında müalicəyə başlamağa imkan verir ki, bu da sağalma şansını əhəmiyyətli dərəcədə artırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm