“Azərsun Holdinq”in təşəbbüsü ilə milli mətbuatın 150 illiyinə həsr edilmiş sayt hazırlanıb
12:41 24.02.2025
Media
537
Milli mətbuatın 150 illiyi ilə əlaqədar müxtəlif layihələr reallaşdıran “Azərsun Holdinq” bu mövzuda sayt hazırladıb.
Sherg.az xəbər verir ki, ilin əvvəlində təqdim edilmiş təqvim dəsti çərçivəsində həyata keçirilən layihə Azərbaycanın mətbuat tarixinin müxtəlif dövrlərinə işıq tutaraq, mətbu orqanlarının inkişafı və cəmiyyətə verdiyi töhfələr barədə ətraflı məlumatları oxuculara təqdim edir. Təqvim üzərindəki QR kodunu skan etməklə, hər kəs asanlıqla bu sayta daxil ola və orada adları qeyd olunan mətbuat orqanları haqqında məlumat əldə edə bilər. Saytda, həmçinin həmin mətbu orqanlarının nəşrində müstəsna rolu olan görkəmli şəxsiyyətlər, publisistlərlə bağlı qısa məlumatlar da mövcuddur.
Təqvim “Əkinçi” qəzeti ilə başlayaraq, Azərbaycanın mühüm mətbuat orqanlarını sırasıyla təqdim edir. “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət”, “Açıq söz” və ən sonda “Həyat” qəzeti ilə tamamlanır.
Bu təqvim layihəsi “Azərsun Holdinq”in qurucusu Abdolbari Gozalın təşəbbüsü ilə həyata keçirilib.
Əvvəlki illərdə də “Azərsun Holdinq” sosial layihələri çərçivəsində müxtəlif mövzulara həsr olunmuş təqvim dəstlərini ictimaiyyətə təqdim edib. Bu layihələr arasında 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizə, ümummilli lider Heydər Əliyevin 100 illiyinə, Azərbaycan rəngkarlıq sənətinin inkişafına, habelə Azərbaycan ədəbiyyatının zəngin ənənələrinə həsr olunmuş təqvimlər xüsusi yer tutur. Bu təqvim dəstləri, həm də Azərbaycanın mədəni və tarixi irsinin qorunub saxlanmasında mühüm rol oynayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət