
Hasan Oktay: Türkiyə Aİ-yə girsə Avropa və Rusiya üçün önəmli rol oynayacaq
11:57 11.03.2025
Dünya
692
Türkiyə avropalı tərəfdaşlarının yenidən formalaşan dünyada Ankaranın yeni rolunu anlayacağını və strategiyalarını buna uyğun müəyyən edəcəklərinə ümid edir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı bildirib.
Ərdoğan, Türkiyənin Aİ ilə əlaqələrini tam üzvlük hədəfinə yönəlmiş bir perspektivlə inkişaf etdirmək istədiyini də vurğulayıb:
“Körpüdən öncəki son çıxış Türkiyədir".
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a bildirib ki, Türkiyənin Ukrayna böhranında neytral mövqeyi və qətiyyəti Avropa Birliyi tərəfindən diqqətlə izlənilib:

“Türkiyə bir tərəfdən Rusiya ilə münasibətdə olduğu halda, digər tərəfdən Avropanın təhlükəsizliyi naminə İsveç və Finlandiyanın NATO-ya girməsini qəbul etdi. Bu da NATO-nun genişlənməsinə, İsveç və Finlandiyanın alyansa daxil olmasına şərait yaratdı. Avropa üçün son dərəcə əhəmiyyətli bir addım idi. Trampın hakimiyyətə gəldikdən sonra Ukrayna məsələsində Putinlə razılığa gəlməsi Avropa Birliyi üçün məqbul hal deyil. Əslində Trampın bunu etməkdəki məqsədi Ukrayna böhranında Amerikanın maliyyə, hərbi öhdəliyindən imtina edib bu məsuliyyəti Avropaya buraxmaq, eyni zamanda Rusiya ilə əlaqələrini gücləndirərək Çinə qarşı Moskva ilə birlikdə həyata keçirəcəyi əməliyyat üçün infrastruktur yaratmaqdır. Yəni Tramp Avropadakı Avropa İttifaqı üzərindəki qoruyucu qalxanı aradan qaldıraraq büdcəsinə əhəmiyyətli qatqı sağlamaq istəyir. Avropa Birliyi və Avropa ölkələri dünya müharibəsindən bəri Amerikanın təhlükəsizlik qalxanı sayəsində SSRİ və Rusiya qarşısında rahat yaşayırlar. Bundan sonrakı dövrdə, yəni Amerikanın təhlükəsizlik çətiri qaldırıldıqdan sonra Avropa sürətlə yeni vasitələrdən istifadə etməyə çalışacaq. Bu baxımdan mövcud vəziyyət Avropanı yeni axtarışlara sövq edir. Türkiyə isə Avropa üçün son dərəcə əhəmiyyətli bir hərbi müttəfiq sayılır. Türkiyə onların tərəfində olan bir müttəfiq, həm də Rusiya ilə yaxşı münasibətlərinə görə hər iki tərəfə söz demək səlahiyyətinə malik bir struktur kimi görünür. Avropa Birliyi Türkiyə və Ukraynanın hərbi güclərini nəzərə alaraq, onları tərkibinə daxil etmək istəyir. Rəcəb Tayyib Ərdoğan bu vəziyyəti gördükdən sonra Avropa Birliyinin Türkiyə ilə məsafə saxlamaması üçün davamlı olaraq bu mövzuda açıqlamalar verir. Türkiyə Avropa Birliyinə daxil olmaq istəyir. Türkiyə Avropa Birliyinə girdiyi təqdirdə Avropa və Rusiya üçün önəmli rol oynayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual