Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
Yusif Nəzərli
19:45 30.04.2025
Mədəniyyət
433
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino xadimi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılov 30 aprel 2025-ci il tarixində, ömrünün 86-cı ilində vəfat edib.
Sherg.az xəbər verir ki, bu haqda Mədəniyyət Nazirliyi məlumat yayıb.
Rafiz Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb.
1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət başlayan R.İsmayılov eyni zamanda Azərbaycan Dövlət Akademik Dram Teatrında, Opera və Balet Teatrında bir sıra tamaşaların quruluşçu rəssamı olub.
Ömrünü kino rəssamlığına həsr edən sənətkar müxtəlif illərdə lentə alınmış “Oxuyur Müslüm Maqomayev” (film-konsert), “1001-ci qastrol”, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Mezozoy əhvalatı”, “Dantenin yubileyi”, “Evin kişisi”, “Qəribə adam”, “Qara gölün cəngavərləri”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Fəryad”, “Təhminə”, “Küçələrə su səpmişəm”, “Cavad xan”, “Sübhün səfiri” və s. filmlərə bədii tərtibat verib. O, həmçinin bir neçə animasiya filminin də quruluşçu rəssamıdır.
Sənətkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. 1982-ci ildə “Əməkdar rəssam”, 2000-ci ildə “Xalq rəssamı” fəxri adlarına, “Sevinc buxtası” filminə görə isə Dövlət mükafatına (1978) layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astanada sərnişin PUA-sı sınaqdan keçirilib
13:44 06.08.2026
Dünya
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
13:40 06.08.2026
Dünya
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya