Zəngəzur dəhlizi uğrunda diplomatik savaş gedir- ANALİZ
Yusif Nəzərli
04:19 28.05.2025
Siyasət
490
Rusiyanın, İranın və Fransanın Qafanda konsulluq açmaları da məhz bu bölgənin daşıdığı önəmlə bağlıdır
İyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Zəngəzurda Fransa konsulluğunun açılış mərasimi olacaq. Bildirilib ki, “Gorus Fransızdilli Birliyi” qeyri-hökumət təşkilatının rəhbəri Karmen Apunts konsul təyin olunacaq. İddia edilir ki, konsulluq “kollektiv Qərbə xidmət edəcək ciddi hərbi, kəşfiyyat məqsədi daşıyacaq”. Qeyd edək ki, Qafanda İran konsulluğu fəaliyyət göstərir. Rusiya da Zəngəzurda konsulluq açmaqda maraqlı olduğunu dəfələrlə səsləndirsə də, hələlik, Ermənistan rəhbərliyi buna imkan vermir.
Siyasi şərhçi Əli Oruclu "Sherg.az"a açıqlamasında bildirib ki, Zəngəzur strateji önəm daşıyır və buradan keçəcək dəhliz təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat-kommunikasiya dəhlizi deyil. Onun sözlərinə görə, bu dəhliz Avropadan Çinədək uzanan böyük bir xəttin tərkib hissəsi olaraq beynəlxalq önəm daşıyır:
"Odur ki, Orta Dəhliz adlandırılan dəhlizə nəzarət uğrunda həm regional aktorlar, həm də beynəlxalq güclər ciddi rəqabətə giriblər. Hər tərəf bundan daha çox dividend və fayda götürməyə çalışır. Ermənilərin "Sünik" adlandırdığı Zəngəzur bölgəsinə 2020-ci il 44 günlük müharibədə Azərbaycanın parlaq qələbəsindən sonra beynəlxalq ictimaiyyətin diqqəti artıb. Buna qədər heç kəsin yadına da düşmürdü. Qələbə təkcə regionda deyil, qlobal müstəvidə yeni reallıqlar və mühüm, geniş imkanlar yaratdı. Bu gün çox vacib faktora çevrilən Orta Dəhliz layihəsi də məhz Azərbaycanın hesabına, onun xüsusi rolu sayəsində gerçəkləşməkdədir. Azərbaycan dünyanın siyasi və ticari münasibətlərin şəkilləndirilməsində açar rol oynamaqdadır. İranın, Rusiyanın və Fransanın Qafanda konsulluq açmaları da məhz bu bölgənin daşıdığı önəmlə bağlıdır".
Analitik hesab edir ki, Azərbaycanla bu məsələdə hər hansı sövdələşməyə gedilməsi mümkün deyil:
"Bakı artıq güc mərkəzidir və regiondakı mənzərəni özü şəkilləndirir. Ermənistanda isə bunun əksinədir. İstənilən güclər və dövlətlər İrəvanı əzib-keçə, maraqlarını diktə edə bilər. Həmin güclər düşünürlər ki, Zəngəzurda konsulluq açmaqla və yaxud kəşfiyyat mexanizmləri qurmaqla Bakının iradəsinə hansısa formada təsir göstərə biləcəklər. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəhliz açılmalıdır. Dəhlizin təhlükəsizliyinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məsuliyyət daşımalıdır. Əgər həmin bəyanatı hüquqi sənəd olaraq götürsək, o zaman dəhliz Moskvanın təhlükəsizlik təminatı ilə çoxdan açılmalıydı. Amma maraqların toqquşması buna hələ ki imkan vermir. Gec-tez dəhliz məsələsi həllini tapacaq. Hələ ki mübarizə diplomatik müstəvidə gedir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm