Britaniya ordusunun sayını 76 min hərbçiyə qədər artıracaq
Yusif Nəzərli
20:58 02.06.2025
Dünya
309
Böyük Britaniya ordusunun sayını hazırkı təxminən 72,5 min nəfərdən növbəti çağırış parlamentində 76 min hərbçiyə qədər artıracaq.
“Report” xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palatada) çıxışı zamanı bildirib.
“Biz növbəti parlamentdə Britaniya ordusunu azı 76 min daimi əsgərə qədər artırmaq niyyətindəyik. Bütöv bir nəsil ərzində ilk dəfə olaraq məhz bizim hökumətimiz daimi ordunun ölçüsünü artırmaq istəyir”, – o deyib.
Qeyd edək ki, Britaniya parlamentinə növbəti seçkilər 2029-cu ilin avqust ayından gec olmayaraq keçirilməlidir. İcmalar Palatası beş ilə qədər müddətə seçilir. Beləliklə, Leyboristlər Partiyasının hazırkı hökuməti ordunun sayını artırmaq hədəfinə 2034-cü ilə qədər çatmaq niyyətindədir.
Hazırda Britaniya ordusunun sayı təxminən 72,5 min hərbçidən ibarətdir – bu, XIX əsrin əvvəllərində Napoleon müharibələri dövründən bəri ən aşağı göstəricidir.
Hili çıxışında həmçinin hökumətin ölkənin müdafiə xərclərini 2027-ci ilə qədər ÜDM-in 2,3 %-dən 2,5 %-ə qədər artırmaq planlarını təsdiqləyib.
Daha əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, London hərbi xərcləri ÜDM-in 3 %-nə çatdırmaq hədəfini qarşıya qoyur. Onun sözlərinə görə, Britaniya silahlı münaqişəyə hazır olmalıdır ki, onun yaranmasının qarşısını alsın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət