Bakı-Dəməşq əlaqələri regionda yeni siyasi eraya işarə edir -ŞƏRH
09:01 14.07.2025
Siyasət
446
Suriya Prezidenti Əhməd əş-Şaraa Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. O, Bakıya etdiyi səfər çərçivəsində göstərilən səmimi qarşılanmaya və qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib. Şaraa məktubda Azərbaycan-Suriya əlaqələrinin tarixi bağlara söykəndiyini vurğulayıb, gələcək əməkdaşlıq, xüsusilə energetika və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın təhlükəsizliyi və inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirərək, iki ölkə arasında dostluğun daim möhkəm qalacağına inamını ifadə edib.
Qeyd edək ki, Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlmişdi.
Politoloq Aqşin Kərimov Sherg.az-a deyib ki, Suriya liderinin Bakıya səfəri Yaxın Şərqdə davam edən geosiyasi mübarizələrdə Azərbaycanla yaxınlaşmaq zərurətlərini izah edir:
"Bu, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə tərəfdaş olan dövlətlərin arasında böyük maraq yaradır. Azərbaycan faktoru bu fonda Yaxın Şərqdə potensial çatışmazlıqların aradan qaldırılmasını müəyyən edən ölçülərlə zəngindir. Ona görə də, Yaxın Şərqdəki geosiyasi tendensiyalarda Azərbaycan əhəmiyyətli aktor olaraq iştirak etməyi strateji maraqlarının zərurət indeksinə daxil edir. Bu amil Suriya üzərindən Azərbaycan-Türkiyə strateji ittifaqının maraqlarını ön səfərə qoymaq istiqamətlərinə əhəmiyyətli təkan verir. Bu, Yaxın Şərqdə Türkiyə-İsrail gərginliyinin aradan qalxması üçün də dönüşü açıqlaya bilər".
Analitik qeyd edib ki, dünya Rusiya-Ukrayna müharibəsini seyr edərkən, Yaxın Şərqdə qan tökülməsinə son qoymaq səyləri Azərbaycanın da iştirakı ilə üstün mövqelərə doğru irəliləyə bilər:
"Azərbaycanın regional və beynəlxalq təsir balanslarında artan barışmaz səyləri ona güzəştlər təklif etməkdə maraqlı olan qüvvələri həvəsləndirəcək. PKK-nın ləğvi prosesini də nəzərə alsaq, Suriyada, İraqda açılacaq yeni səhifələrdə Azərbaycanın ABŞ, Böyük Britaniya, Çin ilə də yeni əməkdaşlıq formatının yaranması qaçılmaz olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual