ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

ABŞ-da kommersiya məqsədli neft ehtiyatları həftə ərzində 4,5 milyon barel azalaraq avqustun 28-nə 424,5 milyon barel təşkil edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırkı ehtiyat həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 1% çoxdur.

Bakı vaxtı ilə saat 22:40-a olan məlumata görə, Londonun ICE birjasında 2026-cı ilin noyabrında tədarük ediləcək "Brent" markalı neftin fyuçerslərinin qiyməti 0,76% artaraq bir barel üçün 95,37 ABŞ dolları olub.

Oktyabr fyuçersləri üzrə "WTI" markalı neftin qiyməti isə 0,6% artaraq bir barel üçün 90,76 ABŞ dollarına çatıb.