Aviaşirkətlə hava limanının eyni subyektin olması problem yaradır
Yusif Nəzərli
14:15 18.10.2023
İqtisadiyyat
880
Bir neçə il öncə aeroportların icarəyə verilə bilməsi ilə bağlı məsələ qaldırmışdım.
Aydın oldu ki, vermək olar. Bizim regionlarda aeroportlar tikilib. Problem budur ki, gündə 1-2 reys olsa, toy-bayramdır.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev bildirib.
“Əgər yenə də bu aeroportların saxlanılması üçün büdcədən vəsait ayrılırsa, tenderə buraxılması ilə bağlı hansı işlər görürük? Türkiyənin böyüklüyünə görə ikinci aeroportu İndoneziya şirkəti, Gürcüstan aeroportları isə Türkiyə şirkətləri tərəfindən icarəyə götürülüb. Digər məsələ budur ki, bu yaxınlarda “Utair” şirkəti vasitəsilə Bakı-Sankt-Peterburq-Bakı reysindən istifadə etdim. Təyyarədə ekonom sinifdə uçan sərnişinlər üçün yemək, su vermirlər. Qiymət isə 250 manatdır. Mənə maraqlıdır ki, xarici şirkətlər burada fəaliyyətə başlayanda bizim tərəfdən hər hansı tələb qoyulurmu? Biz standartlardan danışırıq. Aviaşirkətlər Azərbaycana gəlib iş görür gedirlər. Belə uzunmüddətli uçuşlar zamanı sərnişinlər yemək ala bilmirlər” – deyə deputat vurğulayıb.
Açıqlamanı "Sherg.az"a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov söyləyib ki, Azərbaycanda aeroportların saxlanılması və mülki aviasiya ilə bağlı xüsusi bir şey düşünməyə ehtiyac yoxdur:
"Sadəcə olaraq Azərbaycana uyğun olan və uğur qazanmış xarici təcrübəni götürüb tədbiq etmək lazımdır. Ümumiyyətlə aviaşirkətlə hava limanının eyni subyektin olması problem yaradır. Ona görə də ayrı-ayrı subyektlərə vermək lazımdır ki, rəqabət mühiti yaransın və bu sahədə inkişaf olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya