Avropa İttifaqı da Qarabağın quruculuğuna qoşulsa, qaydış sürətlənər - Ekspert
11:33 21.11.2021
İqtisadiyyat
545
“Qarabağda hazırda intensiv sürətdə yenidənqurma işləri gedir”.
Bu sözləri “Şərq”ə açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib. Analitik vurğulayıb ki, ermənilər 30 il ərzində daşı-daş üstünə qoymayıblar:
“Orda nə infrastruktur, nə enerji təchizatı, nə də su təchizatı var idi. Bu baxımdan Qarabağın qısa zamanda bərpası üçün sözsüz ki, xaricdən investisiyanın cəlb olunması, xarici dövlətlərin və şirkətlərin bu prosesə cəlb edilməsi çox vacibdir. Hazırda bölgədəki quruculuq işlərinə Türkiyə, İtaliya və İsrail şirkətləri qoşulublar, amma nə qədər çox şirkət Qarabağa investisiya qoyarsa, bir o qədər də tez bərpa işləri tamamlanar. Bununla da, regionun özündə işlər qısa zaman ərzində yekunlaşar, habelə, bu da keçmiş məcburi köçkünlərimizin tez bir zamanda öz yurd-yuvalarına qayıtmasına gətirib çıxarda bilər. Bu baxımdan Avropa İttifaqı da xüsusi önəm daşıyır. Avropa İttifaqı biz bilirik ki, birinci növbədə iqtisadi təşkilatdır. Avropa İttifaqı yaranandan daimi bu tip layihələrə investisiya yatırır. Nəzərə alaq ki, Avropa İttifaqı hazırda dünyada ümumdaxili məhsulun həcminə görə birinci yerdə olan bir iqdisadi gücdür. Avropa İttifaqında Almaniya, Fransa, İtaliya kimi iqtisadi cəhətdən güclü dövlətlər yer alır. Onların təcrübəsindən və investisiyalarından yararlanmaq sözsüz ki, Azərbaycana dividentlər verər və Qarabağın qısa zamanda bərpasına öz töhfəsiniə kömək vermiş olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya