
Azərbaycan malların alış və satışında qardaş Türkiyəyə üstünlük verir -EKSPERT
12:16 06.11.2024
İqtisadiyyat
614
2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azalaraq, 76 milyon dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə Azərbaycana 8,3 milyon dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 20 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 30 milyon 511 min 79 dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 3 milyon 581 min 928 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 36 milyon 848 min 952 dollar məbləğində avtomobil ixrac edib.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, bu sahədə iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlıq davam edir:

“Daha çox sərnişin daşıma sahəsində istifadə olunan avtomobillər və avtobuslar Türkiyədən alınır. Ola bilsin artıq bu il Azərbaycan Çindən elektrikli avtobus alsın. Yəqin ki, qardaş ölkə də bu sahədə istehsal başlayanda proses yenə də davam edəcək. Həmçinin bu azalma Türkiyənin özünün daxili istehsalının azalması ilə də bağlı ola bilər. Yəni məsələyə bir tərəfli yanaşmaq lazım deyil. Çünki müxtəlif səbəblərdən dolayı azalma baş verə bilər. Azərbaycan müəyyən məhsulların, malların alış və satışında hər zaman qardaş Türkiyəyə üstünlük verir. Bu avtomobil sahəsində də belədir. İstehsal artdıqca qardaş ölkənin istehsal etdiyi avtomobil və digər məhsulları almağa maraq göstəririk. Düşünürəm ki, bu avtobuslarla bağlıdır. Çünki avtobuslar alınan əsas avtonəqliyyat vasitəsi idi. Ancaq bu ildən Azərbaycanda elektrik avtobuslarına üstünlük verilir. Bu yaxınlarda ölkəmizə 161 ədəd elektrik avtobusu gətirildi. Artıq yarısı istismara verilib, digər yarısı isə ilin sonuna kimi tam istismara veriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq